Yalçın Rzazadə ilə vida mərasimi başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, mərasim Xalq artistinin evinin önündə keçirilir.
Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Mirnazim Əsədullayev, Teyyub Aslanov və digər incənəsət və mədəniyyət nümayəndələri iştirak edirlər.
Yalçın Rzazadə Lənkəranın Liman qəsəbəsində dəfn ediləcək.
Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl Türkiyədə olunmuşdu.
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Onun sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna - aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə "Sevil" vokal ansamblı, Əhsən Dadaşov adına "Xatirə" ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.
Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola - Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qayınana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





