Gələn ay bazarda ucuzlaşma ola bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn ayın əvvəlindən etibarən bəzi məhsullarda ucuzlaşma ola bilər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, martın 1-dən etibarən tətbiq ediləcək "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Saziş"inə əsasən konkret məhsullar üzrə vergilərin azaldılması, hətta sıfırlanması nəzərdə tutulur. Burada söhbət ikiqat vergidən azadolunma və eləcə də vergi dərəcələrinin uyğunlaşdırılması kimi məsələlərdən gedir. Həmin məhsulların siyahısı da sazişdə öz əksini tapıb. Razılaşmaya əsasən hər iki ölkə 15 mal qrupunun ixracında güzəşt əldə edəcək. Məqsəd güzəştlər hesabına Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasıdır.
İqtisadçı Rəşad Həsənov hesab edir ki, belə bir sazişin Azərbaycan üçün iki böyük önəmi var: brincisi ölkəmiz qeyri-neft mallarının ixracını şaxələndirəcək, ikincisi isə idxal mallarını əlverişli qiymətlə əldə edəcək. Bu sazişin qüvvəyə minməsindən sonra Türkiyədən güzəştli şərtlərlə mallar idxal edildiyindən daxili bazarda ucuzlaşma olacaq.
Ekspertin fikrincə, bazarın liberallaşdırılması istiqamətində də addımlar atılmaqla bu sazişlə həm ölkələrarası xarici ticarət dövriyyəsinin genişlənməsi, həm də əhalinin bu məhsulları daha ucuz qiymətə alması da təmin edilməlidir.
Rəşad Həsənov həmçinin düşünür ki, sözügedən sazişdə qeyd olunan məhsullar o qədər də vacib kateqoriyaya daxil olan məhsullar sırasına daxil deyil. Amma bu siyahı növbəti mərhələlərdə daha da artırıla bilər. Bununla da gələcəkdə iki ölkə arasında daha çox malın dövriyyəsi qarşılıqlı güzəştlərlə ticarət ediləcək və Azərbaycanda qiymətlər insanlarımız üçün daha əlçatan olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"





