Şəhid atası: Şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsinə könüllü yollanan Gəray Soltanov ailəsini atasına əmanət edərək, döyüşlərə qoşulmuşdu. Tək arzusu torpaqlarımızın azad edilməsi idi. Elə bu məqsədlə canını Vətən uğrunda sipər edərək şəhadətə ucaldı.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Soltanov Gəray Xəlil oğlu 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Hələ orta məktəb illərində vətənpərvərliyi ilə seçilən Gəray böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Hərbi xidmətini sülhməramlı qrupun tərkibində yerinə yetirən Gəray hərbi biliklərə peşəkarcasına yiyələnib. O, Aprel döyüşlərində də cəbhəyə könüllü yollanmışdı. Elə Vətən müharibəsində də öz istəyi ilə döyüşlərə qatıldı.
Şəhidin atası Xəlil Soltanov deyir ki, şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır: "Gəray hər zaman vətənpərvərliyi ilə seçilirdi. O, iyul hadisələrindən sonra hərbi komissarlıqda qeydiyyatdan keçdi. Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq cəbhəyə getdi. Baxmayaraq ki, ailəli idi, bir övladı var, Vətən sevgisi onun üçün əziz oldu. Gedərkən ailəsini bizlərə əmanət edib, vidalaşdı. Gəray döyüşlər zamanı göstərdiyi şücaətə görə seçilib. O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 4-də isə qəhrəmancasına şəhid olub. Bu gün biz bütün şəhid övladlarımızla fəxr edirik. Çünki onların sayəsində Vətənimiz yağı düşmənin tapdağından xilas edildi, şəhidlərimiz özlərindən əvvəlki şəhidlərin də qisasını aldılar".
Şəhidin həyat yoldaşı Mələk Soltanova Gəray haqqında qürurla danışır. "Gəray çox ailəcanlı və vətənpərvər insan idi. Döyüşlər başlayan gün bir an belə tərəddüd etmədən "övladımızdan muğayat ol" deyərək, cəbhəyə yollandı. Bir neçə dəfə əlaqə saxlamışdım, hər dəfə qələbə haqqında bəhs edərdi", - deyə şəhidin həyat yoldaşı bildirir.
Gəray Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, Gəray Soltanov 3 il idi ailə həyatı qurmuşdu. Onun bir qız övladı yadigar qalıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın





