Cəmiyyət

Rüşvət alma və rüşvət vermə cinayətləri artıb

18 Fevral 2021 15:13
Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi sayı 14,1 faiz azalsa da, onlardan rüşvət alma və rüşvət vermə cinayətləri 1,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, artım tendensiyası terror xarakterli cinayətlərdə 1,6 dəfə olub. Artım tendensiyası saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada 44,4 faizlə, ictimai mənəviyyat əleyhinə cinayətlərdə 35,8 faizlə, kibercinayətlərdə 33,3 faizlə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermədə 32,3 faizlə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada 24,4 faizlə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə 19,8 faizlə, hədəqorxu ilə tələb etmədə 18,8 faizlə, insan alverində 6,2 faizlə, ekoloji cinayətlərdə isə 2,8 faizlə müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.