Cəmiyyət

"Oğlum xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdi" - Bərdə sakini

18 Fevral 2021 13:13
Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Bərdədə erməni terroruna məruz qalan insanlarla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı yerli sakin Kazımov Dəyanət deputata müharibə vaxtı ermənilər tərəfindən törədilmiş vəhşiliklərdən danışıb. O qeyd edib ki, erməni terroruna onun ailəsi də məruz qalıb və bir övladı şəhid olub:

"28 oktyabr tarixində evdə ailəmlə nahar edirdik və qəfildən göydən bombalar yağmağa başladı. Oğlum çöldən evə gələn zaman həyətə düşən mərminin qəlpəsi onu yaraladı. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdi".

D.Kazımov yaşadığı evə də ziyan dəydiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.