Cəmiyyət

Bakıda sərxoş kişini avtomobil vurub - VİDEO - FOTO

17 Fevral 2021 07:49
Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Hidayət Əliyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qəfil onun qarşısına 1959-cu il təvəllüdlü Ələkbərov Əmiraslan Sultan oğlu çıxıb. Avtomobilin vurması nəticəsində Ə.Ələkbərov ağır xəsarət alıb. Sürücü yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıb. Xəstəxanın növbətçi həkimi Loğman Məmmədovun verdiyi məlumata görə, yaralı sərxoş vəziyyətdə qəbul edilib və ayağından sınıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.

Faktı Sabunçu polisi araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.