Cəmiyyət

Cüt maska taxmaq daha çox qoruyur - ARAŞDIRMA

16 Fevral 2021 19:25
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Xəstəliklərin qarşısının alınması və xəstəliklərə nəzarət mərkəzinin yayımladığı araşdırmaya görə iki ədəd maska istifadəsi koronavirusdan 92.5 faiz qoruyur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, araşdırmada tək istifadəlik maskaların üzə tam oturmadığı və virusların boşluqlardan keçə biləcəyini deyilir. Buna görə də tək istifadəlik olan maskaların üstündən üzə oturan parça maska taxmaq virusa qarşı daha effektlidir.

Bundan başqa, maska ipinin düyümlənməsi virusun qarşısını almaqda önəmli rola malikdir. Araşdırmada maska kənarlarını içə doğru qatlayaraq, qulaq halqası iplərinin parçaya yaxın bir nöqtədə düyümlənməsi daha məsləhətlidir.

Araşdırmaya görə, iki tərəfdən düyüm atılmış bir maska virusların 63 faizinin keçməsinin qarşısını alır. Düyün atılmamış maskalarda bu faiz 42-ə qədər aşağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.