Cəmiyyət

Belarusdan idxal edilən TƏHLÜKƏLİ toyuq məhsulları - Almayın!

10 Fevral 2021 15:34
Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən "Caspian Catering Supply" MMC tərəfindən Belarus Respublikasından ölkəmizə idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 15.12.2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.