Cəmiyyət

Bakıda övladlarını məktəbə göndərməkdən imtina edənlərin sayı AÇIQLANDI

3 Fevral 2021 16:28
Baxış: 1 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 1 106 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, mövcud təlimatlara uyğun olaraq, övladının əyani formada təhsil almasını istəməyən valideyn bununla bağlı məktəb rəhbərliyinə yazılı müraciət edə və bu təhsil formasından imtina edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.