Cəmiyyət

Bu tələbələr köçürülmə prosesində iştirak edə bilməzlər

1 Fevral 2021 11:23
Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyi tələbələrin hansı halda köçürülmədə iştirak edə bilmədiyini açıqlayıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Tələbənin köçürülmə əmri verildikdən sonra o, köçürülmədən imtina edə bilməz. Tələbə bir semestr ərzində tələbə transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.

Tələbə yalnız yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər elektron köçürülmədə iştirak edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.