Cəmiyyət

Şəhid zabitimiz Qubada dəfn edildi - VİDEO - FOTO

23 Yanvar 2021 18:18
Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Mikayılov Rahim Qalib oğlunun nəşi Quba rayonuna gətirilib. Şəhid doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid R. Mikayılov Vətən müharibəsinin ilk günlərində itkin düşən hərbçilərdən biri idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.