Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən ümumtəhsil müəssisələrində şagirdlərin 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirilməsinə başlanılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, ötən illərdən fərqli olaraq, bu il şagirdlərin yarım il üzrə qiymətlərlərinin müəyyən edilməsi üçün heç bir kiçik və böyük summativ qiymətləndirmə aparılmayıb. Şagirdlər yalnız bu gündən keçirilən qiymətləndirmə nəticəsində yarım illik qiymətlərini ala biləcəklər.
Təhsil Nazirliyi Kollegiyasının təsdiqlədiyi "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılacaq. Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı "0" qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı "0" qəbul olunur.
Təhsil üzrə ekspert Elçin Süleymanov Trend-ə bildirib ki, adi qaydada məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarətdir. I siniflərdə summativ qiymətləndirmələrin keçirilməsi nəzərdə tutulmur. II-IV siniflərdə kiçik summativlər (KSQ) nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır. Böyük summativ qiymətləndirmə (BSQ) yalnız V-XI siniflərdə aparılır. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdən həyata keçirilir. Yarım il qiymətləri BSQ aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə ("5" ballıq) əsasən yazılır. Lakin pandemiya ilə əlaqədar olaraq, bu il qiymətləndirmənin bu formada aparılması mümkünsüz idi.
Mütəxəssisin sözlərinə görə, bu səbəbdən orta məktəblərdə summativ qiymətləndirmələrin onlayn aparılması qaçılmaz idi.
E.Süleymanov hesab edir ki, onlayn tədrisin qiymətləndirilməsində şagirdlərin dərsə davamiyyətini nəzərə almamaq ədalətli olardı. Çünki bütün şagirdlərin internet və texnologiya əlçatanlığı eyni olmaya bilər.
Onun fikrincə, qiymətləndirmənin obyektiv və ədalətliliyi ilə yanaşı, onun keçirilən bütün mövzuları əhatə etməsi də əhəmiyyətlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var





