Cəmiyyət

Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək

19 Yanvar 2021 16:39
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ali Neft Məktəbi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək.⠀

21 yanvar 2021-ci il tarixində saat 16:00-da "ZOOM" platforması üzərindən keçiriləcək vebinarda Qarabağın zəngin təbii sərvətləri barədə müzakirələr aparılacaq.

Vebinarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Millət vəkili Sadiq Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov məruzəçi qismində çıxış edəcək.

Vebinara aşağıdakı link üzərindən qoşulmaq mümkündür.

https://zoom.us/j/95863017910?pwd=VTUva1NrWFlSL2M4SDRLd1N0R2hpQT09

Meeting ID: 958 6301 7910

Passcode: Karabakh

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.