Cəmiyyət

Ağdaş sakinlərindən 1 kq narkotik götürülüb

15 Yanvar 2021 13:44
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-ın yerli bürosuna verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində şəhər sakini S.Nəbiyev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan bir ədəd sellofan torbada ümumi çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağdaş şəhər sakini S.Mustafayev saxlanılıb. Həmin şəxsdən də 455 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.