Cəmiyyət

Bu da oldu: Azyaşlıya təcavüz etdi, anasına yalvardı ki... - Şok təfərrüat

13 Yanvar 2021 15:24
Baxış: 2 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüzdə ittiham olunan 2002-ci il təvəllüdlü Elçin Əliyevin məhkəməsi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbərinə görə, Masazır qəsəbəsində Elçin Əliyev 15 sentyabr 2019-cu il saat 13 radələrində qonşusuna məxsus evin həyətinə sement götürməyə gəlib.

O, həmin evin birinci mərtəbəsində yerləşən zirzəmiyə arxasınca gəlmiş ev sahibinin qızı, 2014-cü il təvəllüdlü Lalə Babayevaya (ad-soyad şərtidir-red.) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Elçin Əliyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

"Münasibətləri çox yaxşı olub"

Elçin Əliyev ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, onun 17 yaşı var, peşə liseyində təhsil alır: "Ata-anam və qardaşımla birlikdə Masazır qəsəbəsində fərdi evdə yaşayıram. Zərərçəkmiş Lalə Babayeva isə üzbəüz qonşumuz Səlimin 5 yaşlı qızıdır.

Ailəmizin Səlimin ailə üzvləri ilə münasibətləri çox yaxşı olub. Analarımız yaxın qonşu kimi, demək olar, hər gün biri-birlərimizin evinə qonaq gedib-gəliblər. Həmçinin hər iki ailənin uşaqları mehriban idi. Hətta atamla birlikdə Səlimgilin evinin tikintisi və təmirində iştirak etmişik".

"Lalənin "Elçin əmi, Elçin əmi" deyə mənə tərəf gəldiyini gördüm"

Elçin Əliyevin ifadəsinə görə, sentyabrın 15-də saat 13 radələrində atası və dayısı ilə yaşadıqları evin həyətində beton töküblər: "Atam sement qurtardığı üçün dedi ki, Səlimgilin zirzəmisində işlədikləri dövrdən sement qalmalıdır, get, həmin sementdən bir vedrə gətir, işi tamamlayaq. Laləgilin fərdi evinin həyətinə getdim.

Həmin vaxt Lalənin anası Zibeydə həyətdə 4 az yaşlı uşağı ilə birlikdə oturmuşdu. Zibeydədən sement istədim, etiraz etmədi. Birinci mərtəbədə yerləşən zirzəmiyə daxil oldum. Zibeydənin azyaşlı qızı Lalə də arxamca zirzəmiyə gələrək mənə baxdı. Mən zirzəmidəki otaqlarda sement axtardım, tapmadım.

Lalənin zirzəminin giriş qapısından bayıra çıxdığını gördüm. Zirzəmidə olanda sidiyim gəldiyi üçün həmin yerə etmişəm. Geri baxanda Lalənin zirzəmidə olduğum otağın giriş qapısından "Elçin əmi, Elçin əmi" sözlərini deyə-deyə mənə tərəf gəldiyini gördüm. Lalənin gəldiyini görəndə əynimdə olan idman şalvarını dərhal yuxarı çəkdim".

"Qaynanası icazə vermədiyini dedi"

Elçin Əliyev qeyd edib ki, Lalə ona 1 metrə qədər yaxınlaşıb: "Lalə "Elçin əmi nə edirdin burda" sualını verdi. Ona "heç nə, heç nə, gəl çıxaq çölə" dedim. Laləni həmin otaqda qoyaraq zirzəminin çıxışına tərəf getdim. Lalə də arxamca gəldi.

Zirzəminin giriş qapısına çatanda arxaya dönüb Lalənin taxtanın üzərində qaldığını gördüm. Barmağımı dodaqlarımın üzərinə qoyaraq Laləyə "bunu heç kimə demə" söylədim. Lalə də "Elçin əmi, nəyi" deyərək sual verdi. Ona "heç nə" deyib zirzəmidən çıxdım, öz həyətimizə getdim.

Təxminən 15-20 dəqiqə sonra atam Zibeydəgilin həyətindən bir vedrə şeben gətirməyi tapşırdı. Mən də qardaşım Eminlə dəmir vedrə götürərək getdik. Bu vaxt Zibeydə və uşaqları evlərində olublar.

Zibeydəni çağıraraq şeben götürmək istədiyimi bildirdim. O isə qayınanası Rəfiqənin icazə vermədiyini dedi. Cəmi bir vedrə götürəcəyimi deyəndən icazə verdi. Vedərini şebenlə doldurduqdan sonra geri qayıtdıq".

"Əyilmişəm, uşaq belimi görüb, burda nə var?"

Elçin Əliyevin sözlərinə görə, təxminən 30 dəqiqə sonra Zieydə yaşadığı evin pəncərəsindən onun anasını çağırıb: "Anam yeni əməliyyat olduğu üçün yaşadığımiz evin darvazasını açaraq Zibeydəyə dedim ki, anam xəstədir, evdədir, nəsə lazımdır, mən gəlim. O da gəl dedi. Onların həyətinə daxil oldum, ikinci mərtəbədə yerləşən evin giriş qapısına gəldim. Zibeydə məndən birinci mərtəbədə zirzəmidə nə baş verdiyini soruşdu. Mən də ondan soruşdum ki, nə baş verib?

Zibeydə bildirdi ki, bax gör, Lalə nə deyir. Lalə də dedi ki, Elçin əminin şalvarının arxası açılmışdı. Lalə bu sözləri deyəndə öz bədənini bel nahiyəsinin arxa hissəsini göstərdi. Daha sonra Lalə hər iki əli ilə qabaq hissəsini göstərərək, eyni sözləri təkrar etdi. Zibeydəyə dedim ki, sizin "podval" bir az aşağıdı, əyilmişəm, uşaq belimi görüb, burda nə var?".

"Açılmalı olan bir söhbət yoxdur..."

Təqsirləndirilən şəxs daha sonra ifadəsini belə danışıb: "Zibeydə bildirdi ki, sənin şalvarının qarşısı niyə açılmışdı? Boynumdan ataraq şalvarımın qarşısının açılmadığını dedim. Zibeydə "mən də sənə inanmaq istəyirəm, həqiqətən bu söhbət açılsa, Səlim səni də, məni də öldürər" dedi. Zibeydəyə dedim ki, burda açılmalı söhbət yoxdur, buna görə də bağla məsələni.

Bundan sonra Zibeydəyə bildirdim ki, gələn il əsgərliyə gedirəm, onsuz da bundan belə məni görməyəcəksən, dərslər açılır, mən sizdən uzaqlaşacağam, demirsən ki, sizin evə gəlməyim, sizin evə gəlmərəm...

Bu zaman Zibeydə mənə bildirdi ki, əgər eləmisənsə, denən ki, üzr istəyirəm, eləmişəm, qələt eləmişəm, mənim də əsəbim soyusun. Cavab verdim ki, eləməmişəm, ancaq sənin əsəbin soyuyacaqsa, əgər etmişəmsə də, üzr istəyirəm, qələt etmişəm".

"Vədə inandım, etiraf etdim"

Elçin Əliyev bildirib ki, həmin vaxt Zibeydəgilin yaşadığı evin qapısından anası Şərafətin girdiyini görüb: "Anam Şərafət soruşdu ki, nə olub, nə məsələdir? Anama bildirdim ki, heç nə yoxdur. Sonra Zibeydənin üzünə baxdım. Zibeydə də anama bildirdi ki, heç nə yoxdur, Elçinlə işim var idi. Anamla birlikdə öz evimizə gəldim.

Zibeydənin qaynanası Rəfiqə həmin axşam bizə gəldi, anamı başqa otağa apararaq nə barədəsə söhbət etdilər. Həmin vaxt dişim ağrıdığı üçün üzümü dəsmalla bağladım. Rəfiqə ilə anamın nə söhbət etdiklərini bilməmişəm. Anam mənə bu barədə bir söz demədi.

Bundan bir neçə gün sonra Zibeydəgil məndən polisə şikayət etdilər. Polisdə Laləyə qarşı seksual xarakterli hərəkətlər törətməyimi inkar etdim. Lakin müstəntiqin "əməli boynuna al, səni buraxacam" vədinə inanaraq Laləyə qarşı seksual xarakterli hərəkətlər, yəni ona verilmiş ittihamda göstərilən əməli törətdiyimi etiraf etdim".

"Mən hər şeyi düz danışıram"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Babayeva bildirib ki, təqsirləndirilən şəxs tanıyır, qonşularıdır: "Həyətlərimiz üzbəüz olduğu üçün anam və nənəm Elçinin anası Şərafət xala ilə yaxın münasibətdə olub. Elçin hadisə gününə qədər mənə qarşı pis hərəkət etməyib.

Hadisə günü, günorta saatlarında Elçin həyətimzə gəldi, anamdan evdə sementin olub-olmadığını soruşdu. Anam Elçinə evdə sementin olmadığını bildirdi. Lakin Elçin anama zirzəmidə sement gördüyünü söylədi, anam da Elçinə zirzəmidən sement götürməyimə icazə verdi.

Zirzəmiyə giriş qapısı evin ikinci mərtəbəsinə gedən pilləkənin yanındadır. Elçin mənə birinci mərtəbədə yerləşən zirzəmiyə çağırdı. Onun yanına getdim. Elçin şalvarını soyunaraq pis hərəkət təklif etdi, dediyini elədim. Sonra şalvarını yuxarı çəkərək, mənə heç kimə bu barədə deməməyi tapşırdı, zirzəmidən çıxdıq.

Bir azdan sonra Elçin yenə vedrə əlində qum dalınca gəldi. Elçini gördükdə, onun mənə qarşı etdiyi hərəkəti yadıma düşdü. Elçinin mənə penisini sümürtdüyünü dedim. Polisdə hadisəni olduğu kimi danışmışam. Mən hər şeyi düz danışıram".

"Dedi ki, əgər bu barədə anama nəsə desən, özümü öldürəcəm"

Cinayət işi üzrə azyaşlı qızın anası Zibeydə Babayeva Elçinin qızına etdiyi hərəkətləri danışıb: "Bir neçə dəfə Lalədən hadisəni soruşdum. Lalənin həqiqəti dediyinə əmin olduqda balkondan üzbəüz həyətdə olan Elçinin anası Şərafəti və Elçini səsləyərək həyətimizə çağırdım.

Elçin birinci olaraq qaça-qaça yanıma gəldi. Ondan alt evdə Lalə ilə nə etdiyini soruşdum. Dedi ki, nə olub? Bildirdim ki, gör, Lalə nə deyir. Lalə Elçinin üzünə qarşı zirzəmidə olanları söylədi. Elçin and-aman edərək, Laləni qardaşı qızı kimi çox istədiyini və elə bir şeyin olmadığını bildirdi.

Bu vaxt Elçinin anası Şərafət həyətə daxil olaraq nə baş verdiyini soruşdu. Elçin mənə yalvararaq dedi ki, əgər bu barədə anama nəsə desən, özümü öldürəcəm. Buna görə Elçinin anasına heç bir söz demədim".

"Polisə şikayət edəcəymi bildirdim"

Zibeydə Babayevanın sözlərinə görə, təxminən 15-20 dəqiqə sonra pəncərədən baxarkən Elçini həyətin girişində dayandığını görüb və onu həyətə çağırıb: "Yenə ondan eyni şeyi soruşdum. Elçin mənə belə hərəkət eləmədiyini təkrarladı, əlavə elədi ki, "əgər Laləyə elə hərəkət etmişəmsə, qələt eləmişəm, məni bağışla, elə elə ki, uşağın yadından çıxsın, bu barədə bir qonşu bilsə özümü öldürəcəm". Elçinə dedim ki, yox, özünü öldürmə, polis var, qayda, qanun var.

Axşam qayınanam Rəfiqə evə gələndə baş verənləri ona danışdım. Qayınanam dərhal Elçingilin evinə getdi, təxminən 10 dəqiqə sonra qayıtdı. Qayınanam Elçinin anasına hadisə barədə danışdığını və evlərini satıb köçməyi təklif etdiyini dedi.

Səhəri gün Elçinin anası Şərafətin yanına gedərək küçədən köçüb getməyi, yoxsa polisə şikayət edəcəyimizi dedim. Şərafət də mənə nə evini satacağını, nə də harasa gedəcəyini bildirdi. Mən də polisə şikayət edəcəymi söylədim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb.

Elçin Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.