Qarabağ qazisinə yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon ərazisində yaşayan İkinci Qarabağ müharibəsi qazilərini ziyarət edir, onların qayğısına qalır, problemləri ilə maraqlanırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları rayonun Xaspoladoba kəndində yaşayan qazi Sənan Əhmədovla görüşərkən onun torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan zaman üzərində olan müvafiq sənədlərini, eləcə də şəxsiyyət vəsiqəsini itirdiyi barədə məlumat alıblar. Şöbə əməkdaşları dərhal bu məsələyə operativ reaksiya veriblər. Qazimizin evdə müalicə olunduğu nəzərə alınaraq, RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin əməkdaşları bütün lazımi tədbirləri onun yaşadığı evdə yerinə yetirərək, ilkin sənədləri toplayıblar. Bir gün sonra isə Xaçmaz RPŞ-nin rəis müavini Vüqar Orucov və bölmə rəisi Elçin Əliyev qazi Sənan Əhmədovu yenidən ziyarət edərək, ona evində yeni şəxsiyyət vəsiqəsini təqdim ediblər. Daha sonra isə polislər onunla xatirə şəkli çəkdiriblər.
Görüşün sonunda Sənan Əhmədov ona göstərilən bu diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə, Xaçmaz RPŞ-nin kollektivinə öz minnətdarlığını bildirib.
Xaçmaz rayonu Xaspoladoba kənd sakini 1997-ci il təvəllüdlü Sənan Əhmədov 2018-ci ilin fevral ayından Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissənin Kəşfiyyat Bölüyündə xidmət edir. Döyüşlər başlayan ilk günlərdən kəşfiyyatçı kimi bir sıra ağır döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. 7 noyabr tarixində isə gecə saatlarında Şuşa şəhərinin azad olunması uğrunda aparılan döyüşlərdə yaralanıb.
Sənan Əhmədov dövlət rəhbərimizin sərəncamları ilə "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib





