Cəmiyyət

Son sutka ərzində yoluxanların statistikası açıqlandı

10 Yanvar 2021 16:23
Baxış: 5 545

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.