Cəmiyyət

Azərbaycanda vaksinasiyaya hazırlıq başladı - VİDEO

8 Yanvar 2021 11:14
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID - 19 vaksinasiyası Azərbaycanda 150 məntəqədə aparılacaq. Artıq vaksinasiya ilə bağlı təlimlərə də başlanıb. Təlimlər zamanı vətəndaşın qeydiyyatı da daxil olmaqla bütün proses əyani şəkildə göstərilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, koronavirus vaksinasiyası ilə bağlı təlimlərə başlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Elmi-tədqiqat və təhsil departamentinin direktoru Elmir Bəşirov bildirib ki, təlimlər zamanı vətəndaşın qeydiyyatı da daxil olmaqla bütün proses əyani şəkildə göstərilir.

Həmçinin vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, eləcə də vaksinlərin inyeksiyası zamanı yaran biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar da tibb heyətinə izah edilir.

Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları və koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım da, iştirakçılara təqdim edilir. TƏBİB-in yüksək ixtisaslı əməkdaşlarının keçirdiyi təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.