Cəmiyyət

Təhsil Nazirliyində vətəndaşların qəbulu bu tarixədək dayandırılır

6 Yanvar 2021 13:37
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il tarixinədək fəaliyyətini dayandırır.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az, https://twitter.com/tehsilgovaz, https://www.instagram.com/edugovaz/,
https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz izləmək tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.