Cəmiyyət

DİN Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı məlumat yayıb

6 Yanvar 2021 16:19
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, yanvarın 5-də saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi "KİA" markalı avtomobili qarşıda gedən "UAZ" markalı avtomobilə vurub.

Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.