Cəmiyyət

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı təqdim edildi

5 Yanvar 2021 23:16
Baxış: 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" kanalında yayımlanan "Dərs vaxtı" proqramı yanvarın 5-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən Milli.Az-a bildirilib ki, proqramda dərzi, avtomatika üzrə usta, xalçaçılıq, peşə etikası, estetika və mədəni özünüifadə, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, hesablama əməliyyatları, ana dilində ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə "Dərs vaxtı"nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "YouTube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.