Cəmiyyət

Şəmkirdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

5 Yanvar 2021 08:18
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "NİVA" markalı minik maşını ilə "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ 2106"nın sürücüsü, 30 yaşlı Piriverdiyev Təbriz və onun sərnişini 37 yaşlı İsmayılova Mətanət xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.