Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - VİDEO

1 Yanvar 2021 17:15
Baxış: 6 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi ölkə əhalisinə videoçarx hazırlayaraq xəbərdarlıq edib.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti - Zəng Mərkəzinə məlumat vermələri bildirilib. Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır. Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur.

Videoçarxı təgdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.