Cəmiyyət

Pandemiya dövründə 20 ölkədə 600-dən çox tələbəyə birdəfəlik müavinət ödənilib - XİN

29 Dekabr 2020 13:07
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVİD-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15000-dən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilib.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirlir ki, cari ildə Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vasitəsilə bir sıra ölkələrdə təxliyə üçün müraciət edənlərin sırasında ciddi maddi sıxıntı ilə üzləşən azərbaycanlı tələbələrə mailiyə dəstəyi göstərilib, həmçinin 20 ölkədə yaşayan 600 nəfərdən çox son dərəcə çətin vəziyyətdə olan tələbələrin hər birinə birdəfəlik maliyyə müavinəti təqdim edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.