Cəmiyyət

Ruhun şad olun, rahat uyu, cənab mayor! - VİDEO

29 Dekabr 2020 12:14
Baxış: 1 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük vətən müharibəsində dastan yazan qəhrəmanlarımızdan daha birini sizə tanıdacağıq. Bu gün döyüş meydanında şücaət göstərən şəhid mayorumuz Malik Əliyevin 34 yaşı tamam olur. O artıq ən böyük hədiyyəsinə qovuşub. Çünki düşmən tapdağında olan bütün torpaqlarımız Rəşadətli Azərbaycan ordusu tərəfindən azad olunub. Malik Əliyev Zəngilan istiqamətində şəhid olmuş hərbçi yoldaşlarını döyüş meydanından çıxrarkən özü də şəhadətə ucalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onun bir arzusu var idi. Torpaqları düşmən əllərdə qoyub, ölmək istəmirdi. Bu gün 34 yaşı tamam olan Mayor Malik Əliyev arzusuna çataraq, elə müqəddəs zirvəyə ucalıb ki...Bu gün ad gününü də həmişə azad görmək istədiyi şəhər və rayonlarımızın səmasında qeyd edir.

Atası Qarabağ haqqında danışılanda hər zaman qisas hissi ilə alışıb yanan və torpaqlarımızın azad edilməsini özünə həyat amalı seçən oğlu ilə qürür duyur.

Bu ölüm-qalım savaşında qəhrəman mayorumuz döyüş yoldaşlarını daima irəli səsləyib.

Azad etdi! Silinməz tarix yazdı! Sevdiklərinə haqqında hey danışılacaq acılı-şirinli xatirələr qoydu. Bir də ay parçası qızını.

Malik oktyabrın 13-də Zəngilan uğurunda gedən döyüşlərdə şəhid olub. 2-ci fəxri xiyabanda dəfn olunan qəhrəmanımız Vətən uğurunda, 3-cü dərəcəli vətənə xidmətə görə və cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Ruhun şad olun, rahat uyu, cənab mayor!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.