Milli.Az-ın Kanal S televiziyasına istinadən verdiyi məlumata görə, Şəkinin şimal-şərqində yerləşən və ən dağıdıcı çaylardan olan Kiş çayının daşması hər zaman böyük təşvişə səbəb olur. Çayın səviyyəsinin qalxması ərazidə sel təhlükəsi yaradır. Bəndin olmaması isə əhalinin narahatlığını daha da artırıb. Şəkinin Kiş çayında zaman-zaman baş verən daşqınlar şəhər üçün böyük fəsadlar yaradır.
Daşqınların əksəriyyəti yaz mövsümündə yağışların yağması zamanı baş versə də belə bir təhlükə qış aylarında da mövcuddur. Lakin daha böyük təhlükə selin lil formasını almasıdır. Bu isə selin dağıdıcı gücünü bir neçə qat artırır. Çayın bəzi yerlərində salınan bəndin yüksək olmaması isə təhlükəni qaçılmaz edir. Bununla belə, Kiş çayı yağış və qar suları ilə qidalanan bir çay olduğundan, yaz aylarında suyun səviyyəsinin artması təbiidir. Yəni dağlardakı qarın əriməsi səbəbilə sel təhlükəsi gözləniləndir. Ancaq hazırda Şəki ərazisində axan çaylarda sel təhlükəsi gözlənilmədiyi bildirilir. Bununla belə, aidiyyatlı qurumdan verilən məlumatda çayın yatağının ilboyu təmizləndiyi bildirilir. Soyuqbulaq deyilən ərazidən başlayaraq cənuba doğru seldən müdafiə məqsədi ilə tikilmiş beton divarlar onun eninin daralmasına səbəb olub. Buna görə də çayın kənarındakı bəndin möhkəmləndirilməsi zərurəti meydana çıxır.
Çayın Kiş kəndi ərazisindən axan hissəsində də bənd yoxdur. Bəndin olmaması isə kəndi çox böyük təhlükə qarşısında qoyur. O ki qaldı lil selinə, belə bir daşqının yaşanması çox uzaq bir ehtimaldır. Lakin əgər belə bir şey baş verərsə, Şəki buna hazır olacaq.
Kiş çayı olduqca təhlükəli çaylardandır. Çayda hər 10 ildən bir güclü daşqınlar baş verir. Ötən əsrdə çayın dəfələrlə məcrasından çıxması nəticəsində rayona böyük ziyan dəyib. Çay məcrasında dərinləşdirmə işləri aparılsa da bu çayın yenidən fəsadlar törədə biləcəyi ehtimalı yüksək olaraq qalır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kiş çayının təhlükəsi
12 Yanvar 2012 16:49
0 Şərh
Baxış: 7 551

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Daxili dəyişikliklər maddi qərarlarınıza təsir edəcək
-
Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?
-
Yeni qanunla sosial media reklamı tənzimlənir - Nələr dəyişəcək?
-
Günün qoroskopu: Peşəkar həyatda yeni istiqamətlər doğur
-
Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yenilik var
-
“Uşaqları “şikəst” edirsiniz...”
XƏBƏR LENTİ
-
“Kuruluş Osman”da şok ayrılıq - FOTO
-
Bakıda binada ilanlar kök salıb - Sakinlər təşvişdə - VİDEO
-
Alimlər ömrü 24 il uzada bilən 8 vərdişi açıqlayıb
-
Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı
-
Psixiatr stresin gizli əlamətlərini açdı
-
Bu xəstəlik yalnız 3 gecə zəif yuxu yatdıqdan sonra baş verir
-
Avtomobillərin salonunda insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlanıb
-
Uroloq xoşagəlməz sidik qoxusunun səbəblərini izah edib
-
Nazilə Ofeliyanı ağlatdı - "Bunun əri ərdir, bizimki..." - VİDEO
-
İki yüz manat qarşılığında sahibkarın 70 minlik fermasını yandırdı
-
Günün qoroskopu: Daxili dəyişikliklər maddi qərarlarınıza təsir edəcək
-
Vüqar Əbdülovun qızının toyundan VİDEO - FOTO
-
"Barselona" əzəli rəqibinin oyunçusunu almaq istəyir
-
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO
-
Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa
-
“Putinin helikopterini vurmağa cəhd ediblər”
-
Mbappe “Qızıl buts”u qazandı
-
Xatirə cavanlaşmaq üçün özünə uşaq qanı vurdurub? - FOTO
-
"Sabah"ı çalışdırmağa ən real yerli namizəd kimdir?
-
Yevlaxda bədbəxt hadisə - ölən və yaralanan var - yenilənib - FOTO
-
Tiflisdə Rusiya bayrağı təhqir edildi - Zaxarovadan reaksiya
-
Kiyevdən Bakıya uzanan körpü: geosiyasətə qarşı balanslı yanaşma
-
Lavrovdan müharibə açıqlaması: Bu, mütləq baş verəcək
-
Bakıda binada yanğın olub - yenilənib - FOTO