Cəmiyyət

İlkin Məmmədov Şuşanın azadlığı uğrunda şəhid oldu - VİDEO

26 Dekabr 2020 17:13
Baxış: 1 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində qanı bahasına əbədiyyət qazanan şəhidlərimizdən biri də, 3 qat dünya çempionu, şəhid İlkin Məmmədovdur. Əslən Füzulidən olan şəhidimiz iki dəfə yaralansa da, yenidən döyüşərək Şuşada tarix yazıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sentiyabrın 27-dən vətən müharibəsi başlayan kimi, düşünmədən savaşa yollandı... Füzuli rayonundan başlayaraq Şuşaya qədər döyüş yolu keçib. 2 dəfə yaralanmasına baxmayaraq yenidən döyüş yoldaşların yanına qayıdaraq şəhidlik zirvəsinə ucalan Abşeron rayon sakini, Albaqut döyüş sənəti üzərə 3 qat Dünya çempionu İlkin Məmmədov.

Atası Abdulla Məmmədov deyir ki, o Vətən üçün igid oğul yetişdirib. 1-ci Qarabağ müharibəsində onun edə bilmədiyini Şəhid oğlu İlkin edib.

Qardaşı Elvin Məmmədov bildirir ki, Şəhidimiz 5 yaşından idmançı kimi yetişdirilib. MMA-döyüş növünün sirlərinə yiyələnib. 6 dəfə Azərbaycan çempionu olub. Hərbiçi kimi xidmət edən qardaşı, 44 günlük müharibədə bir tarix yazıb.

İlkin Məmmədov Noyabırın 2-də Şuşada şəhid olub və Abşeron rayonun Saray qəsəbə şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.