Cəmiyyət

Əli Əsədov ilə Giorgi Qaxariya arasında telefon danışığı olub

25 Dekabr 2020 21:07
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Milli.Az-a bildirilib ki, Baş nazir Əli Əsədov Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin edilməsi, həmçinin keçən ay ölkəsində keçirilmiş parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirmək, strateji tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirdiyi vurğulanıb.

Azərbaycan və Gürcüstan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin birgə səylərlə daha da möhkəmlənməsinin təmin ediləcəyinə əminlik ifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.