Cəmiyyət

AzTV Şuşada yayıma başlayıb - FOTO

25 Dekabr 2020 19:27
Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən xəbərə görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

"Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir", - deyə şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.