Cəmiyyət

Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıb

25 Dekabr 2020 16:39
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan "TOZ-12" və "TOZ-16" markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.

Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb.

Ondan "MR-155" markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.