Cəmiyyət

Zəngilan və Qubadlının minalardan təmizlənilməsinə başlanılıb

22 Dekabr 2020 10:01
Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 15-dən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının mütəxəssisləri ilə birlikdə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatlarına başlanılıb.

Bu barədə Milli.Az-a ANAMA-dan bildirilib.

Qeyd edilir ki, 15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb.

Zəngilan rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 349 000 kv.m (34,9 ha), Qubadlı rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə 335 000 kv.m (33,5 ha) yoxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.