Cəmiyyət

Xocalı soyqırımına görə heç vaxt doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO

22 Dekabr 2020 11:40
Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid dayısının uğrunda canından keçdiyi torpaqları azad etmək üçün könüllü yollandı cəbhəyə Məzdək. Gülə -gülə getdiyi o torpaqlarda döyüşərək şəhid oldu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük Vətən müharibəsinin ən ağır döyüşlərinin getdiyi Füzuli torpaqlarında şəhidlik zirvəsinə yüksələn Məzdək Eyvazlının cəbhəyə gedəndə bir amalı vardı: şəhid dayısı İsfəndiyar Əsədovun qisasını almaq.

Füzuli rayonunun Seyidəhmədli kəndinin azad edilməsi üçün gedən döyüşlərə qatılan Məzdək Eyvazlı son döyüşündə qəhrəmancasına şəhid olub.

Şəhidin anası Gülnarə Eyvazova deyir ki, 26 fevralda anadan olan Məzdək hələ uşaqlıqdan Xocalı soyqırımını biləndən sonra doğum gününü heç vaxt qeyd etməyib. Cəbhəyə gedəndə isə 24 illik hədiyyəsini almış uşaq kimi sevincli olub.

Şəhid Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.