Cəmiyyət

Dünyanı təşvişə salan yeni koronavirus ştammı nə dərəcə təhlükəlidir? - VİDEO

22 Dekabr 2020 10:23
Baxış: 2 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirus kabusu yenidən narahatlığa səbəb olub. İngiltərədə virusun mutasiyaya uğramış yeni forması aşkarlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infeksiyanın mutasiyaya uğramış halı Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Cənubi Afrika Respublikası da virusun yeni forması ilə bağlı narahatlığını bildirib. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı açıqlanmır. Londonda infeksiyanın yayılması təhlükəsinin maksimal səviyyəsi elan edilib.

Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb. Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, yeni koronavirus əvvəlkindən daha sürətlə yayılır. Avropa İttifaqına üzv olan azı 14 ölkə Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar verib. Niderland və Belçika bu ölkə ilə dəmir yolu, İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya isə hava əlaqələrini dayandırıb.

Həkim-infeksionist Vüqar Cavadzadənin fikrincə, mutasiyaya uğramış yeni virus yayılma sürətinə görə əvvəlkindən güclü olsa da, hər hansı təşvişə səbəb yoxdur. Çünki bu virusun təhlükəlilik dərəcəsi, demək olar ki, dəyişməyib.

İnfeksionist deyib ki, mikroorqanizmlərin mutasiyası qaçılmazdır. Bu proseslər adətən xarici faktorların təsirindən yaranır. Eyni zamanda, virusun mutasiyaya uğraması heç də onun daha da güclənməsi anlamına gəlmir.

Vüqar Cavadzadə bildirib ki, mutasiyaya uğrayan yeni növ koronavirusun ölkəmizə də çatması mümkündür. Odur ki, insanlar bütün profilaktik tədbirlərə əməl etməlidilər.

Həkim-infeksionist deyib ki, bu virus ölkəyə gələn yeyinti və qeyri-yeyinti məhsullarının vasitəsilə də keçə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.