Cəmiyyət

28 ermənini məhv edən şəhid Fərid İlyasov - Onun arzusu anasına bir ovuc Laçın torpağı gətirmək idi - VİDEO

18 Dekabr 2020 11:24
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində xüsusi rəşadət göstərmiş qəhrəmanlardan biri də Fərid İlyasov olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əslən Laçın rayonunun Hacılar kəndindən olan 22 yaşlı xüsusi təyinatlımız Qarabağ torpağında düşmənə sarsıdıcı zərbələr vurub.

Fəridin ən böyük arzusu anasına bir ovuc Vətən torpağı gətirmək idi. Elə bu məqsədlə də ailəsinə belə demədən müharibəyə yollanmışdı.

Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd, Qırmızı bazar, Daşaltı istiqamətində əsl qəhrəmanlıq göstərən igidimiz Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.

Şuşa və Laçından nigaran gedən igidimiz, rahat uyu! Uğrunda qan tökdüyün Şuşamız da, torpağından anana söz verdiyin Laçınımız da azaddır! Şəhadətin mübarək, qardaş!

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.