Cəmiyyət

3 mindən çox evə qaz verildi - FOTO

17 Dekabr 2020 16:56
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyi dövlət proqramı ilə icra olunan qazlaşma işlərinin yekunlaşdırılması üçün intensiv iş aparır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son 5 gün ərzində 3 mindən çox fərdi yaşayış evinə qaz açılışı təmin edilib.

Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində 140, Hacılar kəndində 39, Ərəbşəki kəndində 58, Aşağı Qobuüstü kəndində 83, Qobuüstü kəndində 185, Şıxlı kəndində 169, Malay kəndində 74, Mürsəl kəndində 328, Yenikənd kəndində 143 fərdi yaşayış evinə qaz verilib. Şabran rayonunun Ceyranlı kəndində 56, Qazbabalı kəndində 82, Siyəzən rayonunun Məşrif kəndində isə 185 fərdi yaşayış evinə qaz verilib.

Bakı şəhəri və ətraf yaşayış məntəqələrində də qaz açılışları təmin olunur. Belə ki, bu günlərdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi "Yeni məhəllə" və "Ləhiş bağları" adlandırılan ərazilərdəki yeni massivlərdə 835 fərdi yaşayış evinə qaz verilib. Halbuki proqram üzrə 435 ev nəzərdə tutulurdu. Lakin massivdə fərdi yaşayış evlərinin sayının çoxluğu və sakinlərdən gələn müraciətləri nəzərə alaraq, müştəri məmnuniyyətini təmin etmək məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi işə başlayarkən bu sayı iki dəfəyə qədər artırmağa qərar verib. Bundan başqa Zirə qəsəbəsi, "Zirə bağları", "Qoşa-Qışlaq" və "Dənizkənarı" adlandırılan ərazilərə düşən yeni massivlərdə də 97 fərdi yaşayış evi qazla təmin edilib. Sabah isə Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidəki yeni massivdə 299 fərdi yaşayış evinə təbii qaz açılışı həyata keçiriləcək. Bu ərazidə də əvvəlcə 90 abonentin olacağı proqnozlaşdırılsa da, işin gedişatı zamanı müraciətlər və s. amillər nəzərə alınaraq qazlaşdırılacaq fərdi yaşayış evlərinin sayı 3 dəfədən çox artırılıb.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də bu ilin dövlət proqramı uğurla icra edilməkdədir. Belə ki, şəhərin Cavadxan qəsəbəsində yeni massivdə 258, Şıxzamanlı qəsəbəsindəki yeni massivdə isə 138 fərdi yaşayış evinə qaz verilib.

Beləliklə, bu həftə ərzində baş tutan qaz açılışları zamanı ümumilikdə 3169 fərdi yaşayış evi qaz alacaq. Yuxarıda adları qeyd edilən yaşayış məntəqələrinin qazlaşdırılması üçün müxtəlif diametrli 300 km-ə yaxın polad və 25 km-ə yaxın polietilen borulardan istifadə olunub.

Yeni qazlaşdırılmış ərazilərdə yaşayan vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, qaz açılışları elan olunduqdan bir neçə gün sonra da davam edə bilər. Çünki təhlükəsizlik tədbirlərinin icrası ilə bağlı olaraq abonentlərin qəbulu prosesi mərhələli həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.