Real Madrid klubunun 20 yaşlı futbolçusu Arda Güler, son həftələrdəki uğurlu çıxışı ilə Avropa futbolunun ən çox danışılan gənclərindən birinə çevrilib. Futbolçunun bazar dəyəri 45 milyon avrodan 60 milyon avroya yüksəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Güler, Türk futbol tarixində ən yüksək bazar dəyərinə sahib futbolçu statusunu qazanıb. Real Madrid forması ilə göstərdiyi oyun, vurduğu qollar və verdiyi məhsuldar ötürmələr (asistlər) ona həm İspaniya mətbuatından, həm də futbol mütəxəssislərindən böyük təriflər qazandırıb.
Ən dəyərli türk futbolçular - 2025 sıralaması
Transfermarkt məlumatlarına görə, tarixdə ən yüksək bazar dəyərinə sahib türk futbolçuların siyahısı belədir:
Arda Güler - 60 milyon avro (2025)
Kenan Yıldız - 50 milyon avro (2025, Juventus)
Hakan Çalhanoğlu - 45 milyon avro (2024, Inter)
Çağlar Söyüncü - 45 milyon avro (2021)
Orkun Kökçü - 35 milyon avro (2023)
Cengiz Ünder - 35 milyon avro (2018)
Arda Turan - 35 milyon avro (2015)
Ozan Kabak - 32 milyon avro (2020)
Ferdi Kadıoğlu - 30 milyon avro (2024)
Merih Demiral - 30 milyon avro (2020)
Lalə Qüdrətova
Milli.Az