İdman

“Qarabağ” ən çox xal toplayan komandaların siyahısında

2 Oktyabr 2025 23:37
Baxış: 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi ikinci turdan sonra turnir cədvəlinin ən çox xal toplayan komandalarını paylaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" 6 xalla siyahıda 6-cı yerdə qərarlaşıb. 

Belə ki, Ağdam təmsilçisi "Benfika" və "Kopanhagen" matçlarında rəqib qapılarından 5 top keçirməyi bacarıb.

Xatırladaq ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb ki, onlardan da biri də "Qarabağ"dır.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.