Cəmiyyət

Xətai sakinlərinin etirazı nəticə verdi – Qanunsuz tikinti dayandırıldı

2 Oktyabr 2025 17:03
Baxış: 427
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sakinlər səkinin dağıdılmasından narazılıq ediblər.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilib ki, N.Rəfiyev küçəsi 29 ünvanında yerləşən yeni binanın həyətində fəaliyyətə başlayan obyekt sahibi səkinin bir hissəsini qanunsuz şəkildə parkinq sahəsinə çevirmək niyyətində olub.

Şikayətçilər vurğulayıblar ki, avtomobillər piyadaların sərbəst hərəkətinə mane olur, xüsusilə yaşlı insanlar və uşaq arabası ilə hərəkət edənlər üçün çətinlik yaradır. Sakinlər bu məsələ ilə bağlı İcra Hakimiyyətinə yazılı müraciət göndərdiklərini, həmçinin "102" və "902" qaynar xətlərinə zəng etdiklərini qeyd ediblər, lakin bir müddət nəticə olmayıb.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ünvanda belə bir hal baş verib, lakin operativ şəkildə müdaxilə edilərək problemin qarşısı alınıb və ərazi əvvəlki vəziyyətinə qaytarılıb. 

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.