Cəmiyyət

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatları dəyişdi

14 Dekabr 2020 14:58
Baxış: 2 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq dəyişikliyə əsasən 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.

Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.