Cəmiyyət

Onun ən böyük arzusu vətəni bütöv görmək idi - Ramin Məmmədov yaralı yoldaşlarını xilas edərkən şəhid olub - VİDEO

14 Dekabr 2020 15:09
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özü yaralı olsa da, digər yaralı dostlarını xilas edib...

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Şəkinin Babaratma kəndindən olan şəhid Ramin Məmmədovdan gedir.

Ramin döyüşlərin başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanıb. Kiçik qardaşı Elmin də onunla birlikdə döyüşə getmək istəsə də, hələlik ehtiyac olmadığı bildirilib. Ailəsi və yaxınları onu çox vətənpərvər və qorxmaz biri kimi xatırlayırlar.

Əmisi, birinci Qarabağ müharibəsi qazisi Habil Məmmədov deyir ki, Raminin ən böyük arzusu vətənin bütöv görmək və müharibədə özünün də iştirak etməsi idi. Arzusuna da çatdı.

Ramin bir neçə istiqamətdə döyüş əməliyyatlarında iştirak edib. Sonuncu dəfə isə Suqovuşan istiqamətində yaralı yoldaşlarını xilas edərkən özü də yaralanıb. Bu halda da dostlarının köməyinə qaçıb və düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Valideynləri vətən uğrunda şəhidliyin hər kəsə qismət olmadığını, bu səbəbdən də Raminlə fəxr etdiklərini bildirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.