Cəmiyyət

Röyal Mədətov düşmənin üç maşın kolonunu partladıb, xeyli sayda hərbçisini məhv edib - VİDEO

13 Dekabr 2020 13:07
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində böyük şücaət göstərən igidlərimizdən biri də Röyal Mədətov olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Röyalın vəzifəsi snayper kimi görünmədən görmək, ölmədən öldürməkdən ibarət idi. Bu vəzifəni uğurla icra etdikdən sonra yenə də düşmənə hər vəchlə zərbə vurmağa çalışırdı. Çünki o, xüsusi təyinatlı idi.

Valideynləri də bilmirdi gizir Röyalın yerini və yaralı olduğunu... Bizim xüsusi təyinatlı igidimiz müharibənin qaydalarına ciddi riayət edərək, bütün gizlinləri mətanətlə qəlbində daşıyıdı. Axı o, vətəni qoruyurdu...

Qazaxın Hüseynbəyli kəndindən olan 28 yaşlı şəhidimiz Cəbrayıl və Füzuli rayonlarının işğaldan tamamən azad edilməsində müstəsna rol oynayıb və ağlasığmaz şücaət göstərib. Füzulidə yaralansa da, təkrar hərb meydanına can atıb.

Dilindən vətən sözü bir an düşməyən Röyal düşmənin qəniminə çevrilmişd. Ön cəbhəyə geri dönən qəhrəmanımız düşmənin üç maşın kolonunu partladıb. Taqımı ilə birlikdə ümumilikdə yüzə yaxın düşmən hərbçisini məhv edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.