Cəmiyyət

Vəzifəsi sürücü idi, amma döyüşürdü... - Şəhid Nəzir Osmanovun şücaəti - VİDEO

10 Dekabr 2020 14:14
Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəzifəsi sürücü olsa da, daim yoldaşları ilə birlikdə qızğın döyüşlərə qatılıb...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Qaxın Qıpçaq kənd sakini, Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Nəzir Osmanovdan gedir.

Yaxınlarının sözlərinə görə, Nəzir uşaq yaşlarından çox vətənpərvər və hərb peşəsini sevən biri olub. Hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına daxil olub və xidmətini çavuş kimi davam etdirib. Xidməti dövründə bir neçə dəfə mükafatlandırılıb.

Nəzir döyüşlərdə sürücü kimi şəxsi heyətin və silah-sursatın daşınması ilə məşğul olub. Lakin o, yoldaşlarını heç vaxt tək qoymayaraq həmişə onlarla birlikdə döyüşə qatılıb. Bir neçə yaralı hərbçimizi döyüş meydanından çıxararaq həyatını xilas edib. Kəndlər, şəhərlər işğaldan azad edildikcə də zəng edərək ailəsinə ilk şad xəbəri özü çatdırmağa çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığına düşən minaatan mərmisinin qəlpəsindən ağır yaralanıb. Xəstəxanaya aparılarkən isə yolda şəhidlik zirvəsinə ucalıb.

Nəzir doğulub boya -başa çatdığı Qıpçaq kəndində dəfn edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.