Cəmiyyət

"Üç gün yaralı vəziyyətdə meşədə qaldıq" - VİDEO

10 Dekabr 2020 10:28
Baxış: 1 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əllərində bayraqlar və alqışlarla qarşılandı qazi.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, İsmayıllı rayon, Kürtmaşı kənd sakini, 21 yaşlı Asif İsmayılov Vətən uğrunda döyüşən qəhrəman qazilərimizdən biridir. Asif Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa döyüşlərində iştrak edib.

Döyüş müddətində fərqləndiyinə görə komandiri tərəfindən ailəsinə təşəkkür məktubları da göndərilib.

Asif Şuşa uğrunda gedən döyüşlərdə qrupu ilə hərəkət edərkən pusquya düşüb.

Həmin vaxt Asif də yaralanıb. O və bir neçə əsgər 3 gün meşədə yaralı vəziyyətdə qaldıqdan sonra xilas ediliblər.

Asifin qəhrəmanlıqları ən çox onun valideynlərini qürurlandırır.

Asif bir müddət evdə müalicə aldıqdan sonra yenidən hərbi hospitala qayıdacaq. Onun bədənində olan qəlpə həkimlərin məsləhətindən sonra əməliyyatla çıxarılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.