Cəmiyyət

Bu gün Bakıda “Zəfər paradı” keçiriləcək

10 Dekabr 2020 08:08
Baxış: 5 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Bakının Azadlıq Meydanında keçiriləcək "Zəfər paradı"nda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.