Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mədən ünvanında baş verib.
35 yaşlı Məlikov Bünyamin Əkbər oğlu Muxtarov küçəsində bacısıgilə qonaq gedib. O, mübahisə zamanı qaynı tərəfindən döyülüb. Onun baş nahiyəsinə fincanla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər ona təpə nahiyəsinin kəsilmiş, cırılmış yaraları diaqnozu qoyub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Milli.Az