Cəmiyyət

İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

8 Dekabr 2020 14:52
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu elan edilir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu müddətin 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür. Proqrama son müraciət tarixi 31 dekabr 2020-ci ildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.