Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaq vaxtından bir böyüyüb, bir məktəbə gedib, əsgərliyə bir yollanan əmioğluları sonda Vətən Müharibəsində də bir iştirak etdilər. Ancaq çox təəssüf ki, iki onlardan biri şəhid, digəri isə qazi oldu. Onlar eyni təvəllüdlü şəhid Xətai Hüseynov və qazi Ağaxan Hüseynovdur. Hər iki döyüşçü ailənin tək oğlan övladı olub.
Şəhid Xətai Hüseynovun atası Xaliq Hüseynov Milli.Az-a bildirib ki, oğlu son günə kimi müharibə gedən ərazidən uzaqda olduğunu söyləyib: "Xətai bizimlə danışanda ancaq deyirdi ki, məni boş verin, özünüz necəsiniz, Ağaxan necədi? Səhhətimlə bağlı mənə görə narahtlıq keçirirdi. Deyirdi ki, ata təki sən özünü qoru, mənim yerim yaxşıdır. Bizi nigaran saxlamasın deyə, hər zaman döyüşlərdən uzaq yerdə olduğunu bildirirdi. Şəhid olmamışdan bir gün əvvəl danışanda anasına dedi ki, mənimlə fəxr edəcəksiniz. Oğlumun 31 oktyabr tarixində şəhid olduğunu eşitdik".
Qeyd edək ki, Xətai Hüseynov Tovuz rayonunun Qovlar şəhərindəndir. Son 30 ildə Qovlardan olan ilk şəhiddir.
Qazi Ağaxan Hüseynovun atası da Trend-ə bildirib ki, oğlu müharibədə bir dəfə yaralnıb, həkimlər onu sağaldandan sonra yenidən döyüşə qayıb: "Oğluma əmisi oğlunun şəhid olduğunu demirdik. Zəng edəndə bizimlə danışdığını, yaxşı olduğunu söyləyirdik. Onlar uşaq vaxtından bir yerdə böyüdüyü üçün bilmirdik bu məlumatı ona necə deyək. Ağaxan bir dəfə Füzuli istiqamətində döyüşlər zamanı yaralanıb, ancaq sonradan sağalaraq geri qayıdıb. Hazırda hərbi xidmətdədir, aprel ayında tərxis olunmalıdır".
Beləliklə, uşaq vaxtından bir yerdə böyüyən əmi uşaqlarının həyat yolunu müharibə ayırdı. Biri şəhid, digəri isə qazi oldu...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)





