Cəmiyyət

Qarabağ Regional Ədliyyə İdarəsinin yaradılmasının səbəbi açıqlandı

3 Dekabr 2020 12:30
Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bizim bəzi rayonlarımız işğal altında olsa da, rayonların məhkəmələri fəaliyyətini davam etdirirdi. Bu rayonların məhkəmələrin işlərinin əlaqələndirilməsi, koordinasiya edilməsi, vətəndaşların Ədliyyə orqanlarına çıxış imkanın asanlaşdırılması, onlara hüquqi xidmət göstərilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O bildirib ki, işğaldan azad edilən rayonların komendantları ilə artıq əlaqə saxlanılıb: "Onlarla çox sıx əməkdaşlıq edəcəyik. Biz ora səfərlərimizlə bağlı komendantlarla danışıqlar aparırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.