Cəmiyyət

"Hər hansısa laqeyidlik olarsa, o zaman buna qarşı təcili tədbirlər görülür" - BNA

27 Noyabr 2020 14:45
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əks-epidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumatda bildirilir ki, hər gün 30 istehsalat bazasında axşam xətdən qayıdan avtobuslar müvafiq qaydada yuyulur təmizlənir və xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur:

"Mütəmadi olaraq işlərə nəzarət məqsədi ilə əməkdaşlarımız gecə saatlarında istehsalat bazalarında olurlar. BNA əməkdaşları hər gün avtobusların dezinfeksiya edilməsi prosesinə nəzarət edirlər. Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeyidlik olarsa, o zaman buna qarşı təcili tədbirlər görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.