Cəmiyyət

Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb

26 Noyabr 2020 15:26
Baxış: 1 435

Dünya İqtisadi Forumu 2019-cu il üzrə "Yolların keyfiyyəti" (Quality of roads) göstəricisinə dair hesabatını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan 5,20 ballıq göstərici ilə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, 2006-2019-cu illər arasında Azərbaycan üzrə orta bal 4,08 olub (2006-cı ildə minimum 3,32 bal, 2019-cu ildə maksimum 5,2 bal).

Müqayisə üçün bildirək ki, 141 ölkə əsas götürülməklə 2019-cu ilə dair dünya üzrə orta bal 4,07 olub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.